“Barselona”nın baş məşqçisi qovuldu   – Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

“Barselona”nın baş məşqçisi qovuldu – Rəsmi

İdman

17 Avqust 2020 10:09 756


“Barselona”nın baş məşqçisi postundan kənarlaşdırılıb.

Yenisabah.az xəbər verir ki, klub prezidenti Xosep Bartomeu COPE radiosuna açıqlamasında bildirib ki, Kike Setyen işindən azad olunub.

61 yaşlı mütəxəssisi İngiltərə "Tottenhem"inin sabiq baş məşqçisi Maurisio Poçettino, hazırda Hollandiya millisinə rəhbərlik edən Ronald Kuman və ya "Barselona"nın keçmiş kapitanı, artıq Qətərin "Əl-Sədd" komandasının sükanı arxasında olan Xavi əvəzləyə bilər. Sezar pizza

Setyen Kataloniya komandasına yanvarda Ernesto Balverdenin əvəzinə təyin olunub. Onun rəhbərliyi dövründə İspaniya La Liqasının qalibi ola bilməyən "Barselona" Çempionlar Liqasının 1/4 finalında "Bavariya"ya böyük hesabla uduzub - 2:8.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!