“Barselona”nın bu futbolçusu ildə 40 milyon avro maaş alır 

saytların hazırlanması

Evə çatdırılma

“Barselona”nın bu futbolçusu ildə 40 milyon avro maaş alır 

İdman

17 Avqust 2024 13:12 742


"Barselona" yarımmüdafiəçisi Frenki de Yonqun gələcəyi ilə bağlı qərarını verib. 

Yenisabah.az "Sky Sports"a istinadən xəbər verir ki, 27 yaşlı futbolçu karyerasını Kataloniya klubunda davam etdirəcək. 

Komandanın yeni baş məşqçisi Hans-Diter Flik yeni mövsümdə yarımmüdafiəçiyə ümid edir. Xəbərdə bu da qeyd olunur ki, De Yonq İspaniya La Liqasında ən çox maaş alan oyunçudur.  Marqarita pizza

O, vergilər çıxılmadan illik 40 milyon avro qazanır. 

Qeyd edək ki, ötən mövsüm Frenki bütün turnirlərdə 30 matça çıxıb, 2 qol vurub. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!