“Barselona“nın Messiyə 63,5 milyon avro borcu var

saytların hazırlanması

Evə çatdırılma

“Barselona“nın Messiyə 63,5 milyon avro borcu var

İdman

02 Fevral 2021 09:54 906


İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messiyə olan borcu bəlli olub.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya təmsilçisi yanvarın sonunadək 34 yaşlı hücumçuya 72 milyon avro ödəməli idi.

Lakin argentinalı oyunçu 8,5 milyon avro alıb. Beləliklə, klub Messiyə maaş və imic hüquqlarına görə 63,5 milyon avro borcludur. Sezar pizza

Qeyd edək ki, İspaniya mətbuatı Messinin 2017-ci ildə imzaladığı 4 illik müqaviləyə əsasən 555 milyon avro qazanmalı olduğunu yazıb. 2005-ci ildən "Barselona"da çıxış edən hücumçunun klubla müqaviləsi bu il iyunun 30-da başa çatacaq. Daha əvvəl Kataloniya təmsilçisinin maaşları ödəyə bilmədiyi üçün futbolçulara borclu olduğu bəlli olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!