“Barselona”nın oyunçusunun şəklinə tüpürdülər, formasını yandırdılar 

saytların hazırlanması

Evə çatdırılma

“Barselona”nın oyunçusunun şəklinə tüpürdülər, formasını yandırdılar 

İdman

19 Mart 2024 12:14 975


"Atletiko" azarkeşləri klubun icarə əsasında "Barselona"da çıxış edən Joao Feliksin Madridə gəlişini mənfi qarşılayıblar. 

Yenisabah.az xəbər verir ki, La Liqanın 29-cu turunda "Atletiko" "Barselona" ilə qarşılaşıb. Feliks isə Kataloniya təmsilçisinin heyətində matç üçün Madridə gəlib. Bu, "Atletiko" azarkeşlərinin qəzəbinə səbəb olub. 

"Barselona"nın “Atletiko”n məğlub etdiyi (3:0) “Vanda Metropolitano” stadionunda meydan sahiblərinin azarkeşləri Joaonun şəkli olan lövhəyə tüpürüblər. Həmçinin onlar Feliksin “Atletiko”da geyindiyi formanı da yandırıblar.  Sezar pizza

Xatırladaq ki, bu mövsüm portuqaliyalı hücumçu "Barselona"nın heyətində bütün turnirlərdə 34 oyun keçirib, 9 qol vurub və 5 qolun ötürməsini verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!