İspaniyanın "Barselona" klubunun prezidenti Xuan Laporta İngiltərə təmsilçisi "Mançester Siti"nin hücumçusu Erlinq Holannın mümkün transferini şərh edib.
Yenisabah.az xəbər verir ki, Laporta bunun qeyri-mümkün olduğunu bildirib.
O deyib: “Böyük transferlərə ehtiyac duymuruq. Bəzi dəyişikliklər nəzərdə tutulub, lakin onların böyük olmaq ehtimalı yoxdur. Prioritetimiz hazırkı komandaya güvənməkdir. Bizim harmoniyamıza mane ola biləcək oyunçulara ehtiyacımız yoxdur". Pepperoni pizza
Erlinq Holann bu mövsüm "Mançester Siti"nin heyətində 34 oyun keçirib, 29 qol vurub və 6 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı Norveç millisinin 23 yaşlı forvardının dəyərini 180 milyon avro qiymətləndirib.
Telegram kanalımız