“Barselona“nın yetirməsi “Real“da

saytların hazırlanması

Evə çatdırılma

“Barselona“nın yetirməsi “Real“da

İdman

14 İyun 2019 13:43 1199


Yay transfer dönəminin ən fəal komandası olan "Real" növbəti oyunçunu heyətinə qatıb.

"Yeni Sabah" xəbər verir ki, "kral klubu" Yaponiya yığmasının yarımmüdafiəçisi Takefusa Kubo ilə anlaşıb.

2016-cı ildən ölkəsində "Tokio" klubunun şərəfini qoruyan 18 yaşlı hücumameyilli oyunçu "kral klubu" ilə 5 illik müqavilə imzalayıb. Kubonu 2011-2015-ci illərdə aşağı yaş qrupunda oynadığı "Barselona" da qaytarmaq istəyirdi. Lakin oyunçu kataloniyalıların əzəli rəqibini üstün tutub. Futbolçu əvvəlcə "Real"ın əvəzedici komandası sayılan "Kastilya"da çıxış edəcək. Dominos pizza

Qeyd edək ki, "Real" Kuboya qədər bu yay Eden Azar, Luka Yoviç, Militao, Rodriqo və Ferlan Mendini heyətinə qatmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!