Dünya futbolunda daha bir faciəvi hadisə baş verib.
“Yeni Sabah” xəbər verir ki, İspaniyanın “Barselona” klubuna görə iki qardaş arasında qanlı dava düşüb.
Bildirilir ki, hadisə Əfqanıstanın Kapisa vilayətində baş verib. Belə ki, Həşmətullah adlı 30 yaşlı kişi İspaniya La Liqasının son turunda “Barselona”nın səfərdə “Valensiya”ya uduzmasına görə (0:2) kiçik qardaşı ilə mübahisə edib. “Barselona” azarkeşi olan Həşmətullah mübahisə zamanı kiçik qardaşı Emini öldürüb. Əvvəlcə, qardaşını bıçaqlayan Həşmətullah daha sonra ov tüfəngi ilə vurub. Dördpendirli pizza
Xəstəxanaya çatdırılan Eminin həyatını xilas etmək mümkün olmayıb.
Polis qatilin axtarışına başlayıb.
Telegram kanalımız