Baş Ələt stansiyasında infrastruktur yenilənir - Nələr dəyişəcək?

saytların hazırlanması

Evə çatdırılma

Baş Ələt stansiyasında infrastruktur yenilənir - Nələr dəyişəcək?

İqtisadiyyat

30 İyun 2026 16:49 101


Dəmir yolu infrastrukturunun modernləşdirilməsi çərçivəsində Baş Ələt stansiyasında əsaslı yenidənqurma və təmir işləri davam edir.

Bu barədə "Yeni Sabah"a “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib.

Hazırda stansiyanın dəmir yolu xətləri mərhələli şəkildə yenilənir, hərəkətin daha təhlükəsiz və səmərəli təşkili üçün müasir infrastruktur həlləri tətbiq olunur. Marqarita pizza

Aparılan işlər çərçivəsində dəmir yolu infrastrukturunun əsas elementləri yenilənir, kontakt şəbəkəsi təkmilləşdirilir. Eyni zamanda, Bakı Limanından və cənub istiqamətindən daxil olan yük qatarlarının Baş Ələt stansiyasının çeşidləmə parkına giriş-çıxışını təmin edən yollar da yenidən qurulur.

Qeyd edək ki, Baş Ələt stansiyası yük və sərnişin daşımalarının həyata keçirilməsi, həmçinin ölkənin əsas nəqliyyat və logistika istiqamətlərinin əlaqələndirilməsi baxımından ADY şəbəkəsinin mühüm qovşaqlarından biridir.

Bildirilib ki, stansiyada aparılan modernləşdirmə işləri qatarların hərəkət təhlükəsizliyinin artırılmasına, əməliyyatların daha çevik təşkilinə və yükdaşıma imkanlarının genişləndirilməsinə xidmət edir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!