Baş həkim 1200 manat cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Baş həkim 1200 manat cərimələndi

Sosial

12 May 2025 17:24 318


Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Bayram Muradov məhkəmə qərarını icra etmədiyinə görə cəzalandırılıb.

Yenisabah.az qafqazinfo.az-a istinadla xəbər verir ki, məhkəmə xəstəxananın keçmiş əməkdaşı, baş tibb bacısı Gültəkin Əliyevanın işə bərpası və ona məcburi iş buraxdığı müddət üçün əməkhaqqının ödənilməsi barədə qətnamə çıxarıb. Lakin qərar hələ də icra edilməyib.

İcra məmurlarının dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, xəstəxana direktoru məhkəmə qərarını yerinə yetirməyib.  Dominos pizza

Direktor imtina səbəbini belə əsaslandırıb ki, Gültəkin Əliyevanın laborant kim işə bərpası üçün zəruri olan diplomu və sertifikat sənədləri yoxdur. Lakin məhkəmə bu səbəbləri əsassız sayaraq qərarın icra olunmamasını qanun pozuntusu hesab edib.

Qərara əsasən, Bayram Muradov İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (icra məmurunun qanuni tələblərini yerinə yetirməmə) maddəsi ilə təqsirli bilinərək 1200 manat cərimə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!