"Yığmamızın FİBA-nın reytinqindən kənarlaşdırılmasının təqsiri pandemiyadadır".
Yenisabah.az Azərbaycan Basketbol Federasiyasının (ABF) baş katibi Vüqar Əzimov bildirib.
Baş katib kişilərdən ibarət millinin FİBA reytinqindən kənarlaşdırılmasını izah edərkən dolaşıq cavablar verib. Toyuqlu pizza
Vüqr Əzimovun sözlərinə görə, millinin problemləri koronavirus pandemiyası ilə bağlıdır.
"Biz 16, 18, 20 yaşlı komandalarımn Avropa çempionatlarında dəfələrlə iştirak etmişik. Qızıl və gümüş medallarımız var. FİBA qaydalarına görə, 2015-ci ilə qədər hər il Avropa çempionatları keçirilib. Lakin 2016-dan etibarən bu qayda dəyişib, çempionatlar 5 ildən bir keçirilir. 2016-cı ildən etibarən basketbol komandamızı gəncləşdirmək qərarına gəldik. 2019-cu ildə Avropa çempionatında oynamaq üçün sifariş vərəqini FİBA-ya ünvanladıq. Lakin həmin il pandemiyaya görə Avropa çempionatı baş tutmadı. 2020-ci ildə isə sənədimizi göndərə bilmədik, oyunçularımız heç bir yarışda iştirak etmədi, çünki artıq dünyada koronavirus pandemiyası baş alıb gedirdi".
Vüqar Əzimov əlavə edib: "8 il müddətində komandanın çox oyunları, çempionatları olub. Yəni 8 il boş dayanmayıblar”.
Xatırladaq ki, Azərbaycanın kişilərdən ibarət basketbol yığması FİBA milli komandaların reytinq cədvəlindən kənarlaşdırılıb.
164 komanda arasında yer almamanın səbəbi kimi millinin son 8 ildə heç bir rəsmi matça çıxmamasıdır.
Mehri Qurban
Telegram kanalımız