YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Baş məşqçi Azərbaycan millisini “ölü“ komanda adlandırdı

Baş məşqçi Azərbaycan millisini “ölü“ komanda adlandırdı

İdman

27 Sentyabr 2022 16:45 983


Moldova millisinin baş məşqçisi Sergey Kleşenko Qazaxıstan, Slovakiya və Azərbaycan millilərini "ölü" komanda adlandırıb.

Yenisabah.az xəbər verir ki, bu Moldova mətbuatına müsahibəsində C Liqasının 3-cü qrupunda Qazaxıstanın 1-ci olmağı ilə bağlı  danışarkən deyib: 

"Qazaxıstan yığma komandasının yerində olmamağımız üçün heyfslənmirik. Hərdən "dostlar"ın mənə "ölü" Qazaxıstanı da məğlub edə bilmədin" deməsi xoşuma gəlmir. Halbuki biz qazaxları bir oyunda məğlub etdik. Sadəcə olaraq, iki görüşün ümumi hesabına görə irəliləyən tərəf onlar oldu. Amma həmin Qazaxıstanın “ölü” heyəti Slovakiya və Azərbaycanın “ölü” komandalarını üstələyərək qrupda birinci yeri tutdu. Biz də hamı üçün “ölü” olacağıq, lakin eyni zamanda, yavaş-yavaş güclənəcəyik və qalib gələrək irəli gedəcəyik".

Xatırladaq ki, Moldova yığması Millətlər Liqasının C divizionunda oynamağa yaxın olsa da, Qazaxıstanla pley-off mərhələsi oyunlarında məğlub olaraq D divizionunda çıxış etmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!