Baş məşqçi “Zirə”yə vurduqları 6 qoldan danışdı

saytların hazırlanması

Evə çatdırılma

Baş məşqçi “Zirə”yə vurduqları 6 qoldan danışdı

İdman

23 Avqust 2024 09:46 503


“Hər kəsi fantastik qələbəyə görə təbrik edirəm, oyunçuları, azarkeşləri... Oyuna yanaşmamız çox gözəl idi". 

QOL.az xəbər verir ki, bu sözləri "Omoniya"nın baş məşqçisi Valdas Dambrauskas UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Zirə" ilə Kiprdə keçirilən ilk oyunundan sonra mətbuat konfransında deyib. 

6:0 hesablı qələbəni şərh edən mütəxəssis cavab matçına da ciddi yanaşmalı olduqlarını bildirib:"Yaxşı komandaya qarşı oynayırdıq və hesab daha böyük ola bilərdi. İşi bitirmək üçün bir həftədən sonra səfər oyununa çıxacaağıq. Bu gecə çox enerji sərf etdik. Bu gün sevinəcəyik, sabahdan isə yerli çempionatı düşünəcəyik. Bir həftədən sonra Azərbaycana qalib gəlmək üçün getməliyik, Bu oyuna da ciddi yanaşmalıyıq".  pizza sifarişi

Baş məşqçi "Omoniya"nın bütün bu yaxşı oyunlarının arxasında nə dayanması haqda verilən sualı isə belə cavablandırıb: "Bütün bunlar futbolçuların xidmətidir. Onların əla oyun mentaliteti var və davranışları gözə çarpır. Böyük hesabla bağlı sizə cavab verə bilmərəm, amma çox yaxşı əhval-ruhiyyəmiz var. Təbii ki, hər oyunda qalib gələ bilmərik. Bu gecə rəqibə nəfəs almağa imkan vermədik”. 

Qeyd edək ki, "Zirə" və "Omoniya" arasında cavab matçı avqustun 29-da Mərdəkandakı “Liv Bona Dea Arena”da keçiriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!