Portuqaliya millisinin baş məşqçisi Roberto Martines kapitan Kriştiano Ronaldoya qadağa qoyub.
Yenisabah.az xəbər verir ki, ispaniyalı çalışdırıcı 39 yaşlı hücumçuya ən yaxın olan insanlara milli ilə eyni oteldə yaşamağa icazə verməyib.
Kriştianonun yaxın dostları həmişə komanda ilə birgə olub. Martines isə bu ənənənin davam etdirlməməsini istəyib. O, futbolçuların və xüsusilə Ronaldonun konsentrasiyasını artırmaq üçün belə qərar verib. Komanda forvardın bu şərtlərə razılaşmasını yüksək qiymətləndirib. Toyuqlu pizza
Qeyd edək ki, Portuqaliya millisi turnirdə ilk oyununu iyunun 18-də Çexiyaya qarşı keçirəcək.
Telegram kanalımız