Baş nazir: Bu, birbaşa hücumdur, cavab verəcəyik 

saytların hazırlanması

Evə çatdırılma

Baş nazir: Bu, birbaşa hücumdur, cavab verəcəyik 

Dünya

27 Mart 2025 20:28 1226


ABŞ prezidenti Donald Trampın bütün xarici istehsal avtomobillərinə 25% rüsum tətbiq etməsini Kanadaya “birbaşa hücum”dur və buna cavab variantlarını araşdırırıq.

Ölkə.Az xəbər verir ki, belə bir bəyanatla Kanadanın baş naziri Mark Karni çıxış edib.

"Biz işçilərimizi qoruyacağıq. Şirkətlərimizi qoruyacağıq, ölkəmizi qoruyacağıq", - Karni keçirdiyi mətbuat konfransında deyib. Toyuqlu pizza

Karni tariflərin tətbiqini ABŞ, Kanada və Meksika arasındakı razılaşmasını pozan "birbaşa hücum" adlandırıb.

Baş nazir onu da qeyd edib ki, Kanada cavab variantlarını nəzərdən keçirəcək.

"Biz zərurət yaranarsa, cavab rüsumlarının tətbiqi üçün mexanizmlər hazırlamışıq. Bu məsələ ilə bağlı çoxlu mülahizələr var", - o deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!