Baş nazir Əli Əsədov Çinin Azərbaycandakı səfiri ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Baş nazir Əli Əsədov Çinin Azərbaycandakı səfiri ilə görüşdü

Siyasət

15 May 2025 19:16 280


Mayın 15-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lu Mey ilə görüşüb.

Nazirlər Kabinetindən Yenisabah.az-a verilən məlumata görə, görüşdə Prezident İlham Əliyevin və Çinin Sədri Si Cinpinin birgə səyləri nəticəsində Azərbaycan-Çin münasibətlərinin dinamik inkişafı məmnunluqla vurğulanıb.

Prezident İlham Əliyevin Çinə son dövlət səfərinin əhəmiyyəti qeyd edilib. Dövlət başçılarının imzaladıqlarıı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” iki ölkə arasındakı münasibətləri daha yüksək səviyyəyə qaldırdığı diqqətə çatdırılıb. Toyuqlu pizza

Görüşdə Azərbaycan ilə Çin arasında ticarət-iqtisadi və humanitar əməkdaşlığın aktual məsələləri müzakirə edilib, qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!