Baş Nazir Əli Əsədov Türkiyənin Vitse-prezidentinə təşəkkürünü bildirdi

saytların hazırlanması

Evə çatdırılma

Baş Nazir Əli Əsədov Türkiyənin Vitse-prezidentinə təşəkkürünü bildirdi

Siyasət

15 İyul 2020 20:45 847


Azərbaycanın Baş Naziri Əli Əsədov Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya məktub ünvanlayıb.

Yenisabah.az xəbər verir ki, məktubda Baş Nazir iyulun 12-də Ermənistan tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törədilən hərbi təxribatı pisləyən bəyanatına və ölkəmizə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Baş Nazir Əli Əsədov Fuat Oktayın “Səninləyik Azərbaycan” ifadəsini səsləndirməklə bir daha əsl qardaşlıq nümunəsi göstərdiyini vurğulayıb. Dominos pizza

Azərbaycan dövlətinin və xalqının bu qardaşlıq dəstəyini yüksək qiymətləndirdiyi bildirilib.

Baş Nazir Əli Əsədov, həmçinin Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinin ildönümündə bu cinayəti bir daha qətiyyətlə pislədiyini və qəbuledilməz hesab etdiyini qeyd edib, dövlət çevrilişi cəhdinin qarşısının alınması üçün canlarını verən şəhidlərin ailələrinə və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adından dərin hüznlə başsağlığı verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!