İtaliyanın Baş naziri Mario Draqi Prezident Rəcəb Tayyib Ərdoğanla bağlı bir sualı cavablandırarkən "diktator" ifadəsini işlədib.
Yenisabah.az xəbər verir ki, İtaliyanın Ankaradakı səfiri Massimo Qayani Xarici İşlər Nazirliyinə çağırılıb. Xarici işlər naziri Mövlud Çavuşoğlu elçiyə bildirib: “Draqinin Prezidentimiz haqqında işlətdiyi çirkin və sərt ifadələri şiddətlə qınayır və onu özünə qaytarırıq”.
Mario Draqi Romada təşkil edilən mətbuat konfransında Avropa İttifaqı (Aİ) liderlərinin Türkiyəyə səfəri zamanı Avropa Komissiyasının rəhbəri Ursula von der Leyenin Prezident Ərdoğanla Ankaradakı görüşündə yaşanan qalmaqalla əlaqədar deyib: pizza mizza
“Türkiyə Prezidenti Ərdoğanın davranışı ilə razılaşmıram, düşünürəm ki, bu, ədəbsizlikdir. Komissiya rəhbəri Von der Leyenin həqarətə məruz qalması məni çox kədərləndirib. Ancaq adını “diktator” qoyduğumus bu insanlara ehtiyacımız var. Baxışlar, fikirlər və davranış fərqlərimizi açıq şəkildə dilə gətirməliyik, eyni zamanda, ölkəmizin mənafeyi naminə işbirliyinə hazır olmalıyıq”.
Telegram kanalımız