Baş Nazirdən gömrüklə bağlı mühüm QƏRAR -   Bu ilin sonunadək...

saytların hazırlanması

Evə çatdırılma

Baş Nazirdən gömrüklə bağlı mühüm QƏRAR - Bu ilin sonunadək...

Sosial

16 Yanvar 2020 17:20 9552


Gömrük sərhəd-keçid məntəqələrində gömrük orqanlarının vəzifəli şəxslərinin etik davranış qaydaları üzrə maarifləndirmə işləri aparılacaq.

"Yeni Sabah" xəbər verir ki, bu, Baş Nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidmətinə 2020-ci ilin sonunadək gömrük sərhəd-keçid məntəqələrində gömrük orqanlarının vəzifəli şəxslərinin etikdavranış qaydaları üzrə maarifləndirmə işlərinin aparılması tapşırılıb. Sezar pizza

Eyni zamanda Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti 2020-ci ilin aprel ayınadək gömrük sərhəd keçid məntəqələri üzrə infrastrukturun yaxşılaşdırılmasına dair təkliflərini təqdim etməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!