Baş nazir ipoteka krediti ilə bağlı qərara dəyişiklik etdi

saytların hazırlanması

Evə çatdırılma

Baş nazir ipoteka krediti ilə bağlı qərara dəyişiklik etdi

İqtisadiyyat

16 Noyabr 2021 20:45 1151


Nazirlər Kabineti 16 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası”ında dəyişiklik edib.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, bundan sonra ipoteka krediti götürmək istəyənlərin muzdlu işdən əldə etdiyi gəlirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsisteminə Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə ötürülən məlumatlar əsasında müəyyən edilərkən, ölkə hüduqlarından kənardakı mənbələrdən əldə olunan gəlirlər istisna ediləcək. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!