Baş nazir İqtisadi Şuranın iclasını keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Baş nazir İqtisadi Şuranın iclasını keçirdi

Maraqlı

17 İyul 2023 19:11 706


Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib.

Yenisabah.az Nazirlər Kabinetinə istinadla xəbər verir ki, iclasda cari ilin birinci yarısında iqtisadi artım, makroiqtisadi sabitlik və maliyyə sabitliyi üzrə cari vəziyyət və siyasət prioritetləri, o cümlədən, inflyasiya proseslərinin və onun faktorlarının təhlili, antiinflyasiya tədbirləri, valyuta bazarı, pul siyasətinin yeni əməliyyat çərçivəsi, bank və sığorta sektorunun mövcud vəziyyəti və inkişafı, habelə dövlət borcunun idarə eilməsi üzrə ortamüddətli çərçivə, Borclanma Strategiyası üzrə yeni hədəflər və dəyişikliklər, kapital bazarlarında investorların kompensasiyası mexanizminin yaradılmasına dair təkliflər və digər cari məsələlər geniş müzakirə olunub.

İclasda Maliyyə naziri Samir Şərifovun və Mərkəzi Bankın sədri Taleh Kazımovun məruzələri dinlənilib. pizza sifarişi

İclasın yekununda müzakirə olunan məsələlər barədə Şura üzvlərinin təklifləri də nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!