Nazirlər Kabineti ölkədə olan işsiz vətəndaşlara bağlı birdəfəlik yardımın verilməsi ilə bağlı qərarı təsdiq edib.
Yenisabah.az xəbər verir ki, müvafiq qərarı baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi 2 karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə veriləcək. pizza mizza
Qərara əsasən “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” təsdiq edilib.
Bu Qərar 2020-ci il 1 aprel tarixindən tətbiq olunur.
Telegram kanalımız