Baş Nazir məhkəmələrlə bağlı qərara dəyişiklik etdi

saytların hazırlanması

Evə çatdırılma

Baş Nazir məhkəmələrlə bağlı qərara dəyişiklik etdi

Siyasət

18 Sentyabr 2020 19:49 997


Azərbaycanda inzibati və kommersiya məhkəmələrinin aparatları üçün verilən xidməti minik avtomobillərinin say həddi müəyyənləşib. 

Yenisabah.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov Qərar imzalayıb. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” 2011-ci il 18 iyul tarixli 120 nömrəli və “Elektrik qurğularının quraşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 11 fevral tarixli 40 nömrəli qərarlarında edilən dəyişikliklərə əsasən, Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi artırılıb.  pizza mizza

Belə ki, 5 inzibati məhkəmə və 5 kommersiya məhkəmələrinə ümumilikdə 16 xidməti minik avtomobillərinin ayrılması müəyyən edilib.

Bununla da ölkə üzrə fəaliyyət göstərən beş inzibati məhkəməyə 8, beş kommersiya məhkəməsinə isə 8 avtomobilin verilməsi nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!