Baş Nazir Milli Məclisə gəlməyəcək - Səbəb

saytların hazırlanması

Evə çatdırılma

Baş Nazir Milli Məclisə gəlməyəcək - Səbəb

Siyasət

08 Aprel 2020 15:37 521


Milli Məclisdə Baş nazirin plenar iclasda videohesabatı dinləniləcək.

Yenisabah.az bilidirir ki, bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

O bildirib ki, parlamentin aprelin 9-da keçiriləcək iclasında Baş nazir Əli Əsədovun videohesabatında Nazirlər Kabinetinin 2019-cu il üzrə fəaliyyətini təqdim edəcək. Marqarita pizza

Videohesabat təqdim olunandan sonra aparılacaq müzakirələr zamanı deputatlar tərəfindən səsləndirilən rəy və təkliflər ümumiləşdirilərək Nazirlər kabinetinə göndəriləcək.

Yaşı 65-i keçmiş deputatların plenar iclasda iştirakına gəlincə, A. Təvəkküloğlu bildirib ki, onlardan xahiş olunub ki, karantin rejiminin qaydalarına əməl olunsun.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!