Baş nazir müəllimlərin maaşı ilə bağlı sərəncam imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Baş nazir müəllimlərin maaşı ilə bağlı sərəncam imzaladı

Sosial

03 İyul 2019 14:07 1407


Baş nazir Novruz Məmmədov "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” Prezidentin 2019-cu il 18 iyun tarixli 1259 nömrəli sərəncamının icrasını təmin etmək məqsədilə sərəncam imzalayıb.

“Yeni Sabah” xəbər verir ki, sərəncamın icrası Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırılmaqla həyata keçirilməlidir.

Bu məqsədlə "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” Prezidentin 2019-cu il 18 iyun tarixli 1259 nömrəli sərəncamına  uyğunlaşdırılması ilə bağlı təklifləri iki ay müddətində  Nazirlər Kabinetinə təqdim etməlidirlər. Toyuqlu pizza

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 18-də "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında" sərəncam imzalayıb.

Həmin sərəncamla dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!