Baş nazir oğluna onu müalicə edən iki həkimin adını qoydu

saytların hazırlanması

Evə çatdırılma

Baş nazir oğluna onu müalicə edən iki həkimin adını qoydu

Dünya

02 May 2020 22:07 1373


Boris Consonun yeni doğulan övladının adı məlum olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Boris Consonun nişanlısı Kerri Simonds özünün instagram səhifəsində məlumat verib. Cütlük yeni doğulan övladlarını Vilfred Louri Nikolas Conson adlandırıblar.  

K.Simonds yeni doğulan körpəyə Boris Consonun babası Vilfred və özünün babası Lourinin adının verildiyini deyib. Kerri Simonds əlavə edib ki, Nikolas adı isə ötən ay koronavirusa görə reanimasiyada müalicə alan Boris Consonun sağalmasında əvəzsiz rol oynayan Nick adında iki həkimin şərəfinə seçilib.   Sezar pizza

Xatırladaq ki, Boris Conson aprelin 29-da yenidən ata olub. Baş nazir və K. Simonds ötən ilin sonunda nişanlanıblar. B. Conson “10 Downing Street”də nikahsız yaşayan ilk Baş Nazirdir.

Boris Consonun əvvəlki həyat yoldaşından Lara (26 yaş), Milo (24 yaş), Cassia (22 yaş) və Theodore (20 yaş) adlı övladları var. Britaniya Baş Nazirinin nigahdan kənar 11 yaşlı Stefani adlı başqa bir qızı da var.   /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!