Baş Nazir onların maaşlarında dəyişiklik etdi

saytların hazırlanması

Evə çatdırılma

Baş Nazir onların maaşlarında dəyişiklik etdi

Sosial

16 İyul 2019 05:38 1512


Baş Nazir Novruz Məmmədov Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının aylıq vəzifə maaşlarında dəyişiklik edib.

“Yeni Sabah” xəbər verir ki, dəyişiklik “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanının 8.9-cu bəndinə əsasən edilib.

Qərarla Nazirlər Kabinetinin 2018-ci il 12 aprel tarixli 146-9 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”ndə dəyişikliklər təsdiq edilib. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!