"Mən bu mövzuda danışmağı dayandırdım".
Yenisabah.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib.
O, həbsdə olan eks-prezident Mixeil Saakaşvili ilə bağlı vəziyyəti bundan sonra şərh etməyəcəyini deyib: Dördpendirli pizza
"Mən bu mövzuda danışmağı dayandırdım. Bu, mənim söhbət mövzum deyil, çünki məhbuslarla bağlı açıqlamaları Penitensiar Xidmət, Ədliyyə Nazirliyi verir. Ədliyyə naziri Rati Breqadzedir, ondan soruşmaq olar. Ona, eləcə də Penitensiar Xidmət barədə sualı vermək olar. Onlar dolğun cavab verəcəklər”, - deyə Baş nazir brifinqdə bildirib.
Telegram kanalımız