Baş nazir QƏRAR İMZALADI - Bu şəxslər işlə təmin olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Baş nazir QƏRAR İMZALADI - Bu şəxslər işlə təmin olunacaq

Siyasət

17 Sentyabr 2025 18:22 13073


Nazirlər Kabineti 10 may 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Əlilliyi olan şəxslərin problemləri üzrə kompleks Proqram"da dəyişiklik edib.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra xüsusi musiqi təhsili olanlarla yanaşı, gözdən əlilliyinin müəyyən edilməsinə görə orqanizmin funksiyaları 61-100 % pozulmuş şəxslərin və ya əlilliyi olan uşaqlar müxtəlif klub və mədəniyyət evlərində müvafiq işlə təmin ediləcək. Bu iş Mədəniyyət Nazirliyinə tapşırılıb. pizza mizza

Bundan başqa, Azərbaycan Korlar Cəmiyyətinin massaj məktəbini bitirmişlərlə yanaşı, gözdən əlilliyinin müəyyən edilməsinə görə funksiyaları 61-100 faiz pozulmuş və ya əlilliyi olan gənclər müvafiq dövlət tibb müəssisələrində işlə təmin ediləcək. Bu iş isə Səhiyyə Nazirliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) həvalə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Niyaz
    Bir daha salam. Bayaq vatsapda leobank,unibankla bağlı şikayətimi xaiş edirəm işıqlandörasınız
    8 months ago