"Biz əhalimizə təminat veririk ki, Rusiya ilə sülh uzunmüddətli olacaq".
Yenisabah.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.
O, gürcü xalqına ölkənin hərbi münaqişələrə cəlb olunmayacağına söz verib: Dominos pizza
"Biz əhalimizə təminat veririk ki, sülh uzunmüddətli olacaq. Ölkədə ikinci cəbhə, müharibə olmayacaq, əksinə, inkişaf, quruculuq və sülh olacaq".
Qaribaşvili əmin olduğunu bildirib ki, sabitlik, ölkənin inkişafı və əmin-amanlıq hakim “Gürcü arzusu” partiyasının qurucusu Bidzina İvanişvilinin nailiyyətidir.
Baş nazir əlavə edib ki, hakimiyyət ölkədəki vəziyyətə dağıdıcılıq gətirmək istəyən müxalifətin təxribatlarına boyun əyməyəcək.
Baş nazir daha əvvəl bildirib ki, Gürcüstan Rusiyanın Ukraynadakı "xüsusi əməliyyat"ına cavab olaraq Qərbin tətbiq etdiyi çoxsaylı sanksiyalara qoşulmayacaq.
Telegram kanalımız