Kanadada yaşayan azərbaycanlı jurnalist Lalə Musaqızı yerli hökumətinin virusla necə mübarizə apardığı barədə məlumat verib.
Yenisabah.az xəbər verir ki, jurnalist Ontario vilayətində çölə çıxma qadağasının qoyulmadığını bildirib: “Kanadanın Ontario vilayətində karantin başlayandan insanlara bir gün belə çölə çıxmaq qadağası qoyulmadı, parklar bağlanmadı. Amma iyuna qədər parklarda (skamyalarda, çəmənlikdə və s.) oturmaq qadağası var idi, yalnız hərəkət etməyə icazə verilirdi və ara-sıra gözə dəyən polislər buna nəzarət edirdi. Mart, aprel, may aylarında parklarda, mart və aprel aylarında isə küçələrdə belə barmaqla sayılacaq qədər insana rast gələ bilərdiniz. Yəni insanlar maarifləndirmənin nəticəsi olaraq lazım olmadığı təqdirdə çölə çıxmaq istəmirdilər”.
O, iş yerlərinin, gözəllik və ticarət mərkəzlərinin hələ də bağlı olduğunu qeyd edib: “Hələ də bir sıra iş yerləri bağlıdır. Saç salonları artıq 3 ay olacaq ki, işləmir. Böyük ticarət mərkəzləri bağlıdır, daha doğrusu, içərisindəki bəzi obyektlər açıqdır. Ehtiyacı oln hər kəsə dövlət tərəfindən maddi yardım edilir. Restoran və kafelərdə oturmaq qadağası hələ də aradan götürülməyib. Ailə üzvləri istisna olmaqla, 5 nəfərdən artıq insanın bir yerə toplaşması qadağası iyunun 12-dən etibarən 10-a qaldırıldı. Baş nazir, səhiyyə naziri, əyalət rəhbərləri öz komandaları ilə hər gün telekanallarda canlı efirə çıxır və xalqa hesabat verirlər, son yeniliklər barədə onları məlumatlandırır, maarifləndirirlər. Müxtəlif təbəqədən olan insanlar telekanallar vasitəsilə canlı efirdə baş nazirə suallar verirlər. Nəticədə hökumət əhalinin problemlərini öyrənib, imkan daxilində onların həllinə çalışır. Bu günə qədər bu ənənə davam edir”. pizza
Telegram kanalımız