Baş nazir: Sizdən böyük satqın yoxdur!

saytların hazırlanması

Evə çatdırılma

Baş nazir: Sizdən böyük satqın yoxdur!

Dünya

03 Dekabr 2025 13:10 443


Ermənistan hökumətinin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ki-Uest paketi yoxdur.

"Yeni Sabah" armenpress-ə istinadla xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan Milli Məclisdə hökumətin rəsmi saytında Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi ilə bağlı dövlət qurumlarının əlində olan bir neçə sənədin dərcini şərh edərkən bildirib.

“Onlar soruşur ki, niyə Ki-Uest paketini dərc etmirsiniz? Hökumətdə bu sənəd paketi yoxdur. O, "Haykakan Jamanak” qəzetində dərc olunub və onu qəzetə Levon Ter-Petrosyan ötürüb”, - Paşinyan bildirib. Marqarita pizza

Baş nazir qeyd edib: "Onlar 30 il və ya daha çox hakimiyyətdə olub və biz 100 dəfə demişik: yaxşı, şanslar var idisə, bunu niyə etmədiniz? Yəni ermənipərəst həll şansı var idi? Yoxudu. Onda niyə bizə satqın deyirsiniz? Onda sizdən böyük satqın yoxdur!"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!