Baş nazir və ailəsi ölümlə təhdid edilib

saytların hazırlanması

Evə çatdırılma

Baş nazir və ailəsi ölümlə təhdid edilib

Dünya

01 Mart 2021 07:34 667


Çexiya Baş naziri Andrey Babiş özünün və ailə üzvlərinin ölümlə təhdid edildiyini deyib. “Report” xəbər verir ki, bu barədə “CNN Prima News” məlumat yayıb.

Baş nazir bildirib ki, ölkə polisi 8 yanvar tarixində onun ailəsini öldürmək istəyən şəxsin olması barədə məlumat verib. Qeyd olunub ki, adı açıqlanmayan şəxs hazırda İspaniyadadır.

Bundan sonra hökumət başçısının evinin təhlükəsizliyi gücləndirilib. pizza mizza

Ölkənin hüquq-mühafizə orqanları tvitterdə faktla bağlı cinayət işinin açıldığını qeyd edib.

Qeyd olunub ki, kriminalistlər həmin şəxsin tutulması ilə bağlı prokurorluğa müraciət ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!