Baş nazir: Xəzərin ekologiyası ciddi narahatlıq doğurur

saytların hazırlanması

Evə çatdırılma

Baş nazir: Xəzərin ekologiyası ciddi narahatlıq doğurur

Siyasət

18 Fevral 2025 14:16 168


Xəzər dənizinin ətraf mühitinin hazırkı vəziyyəti Xəzəryanı dövlətlərdə ciddi narahatlıq doğurur və Xəzərin ekoloji problemlərinin həllinə vahid yanaşma tələb edir.

Yenisabah.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov bu gün İranın paytaxtı Tehranda keçirilmiş Üçüncü Xəzər İqtisadi Forumunda bildirib.

O qeyd edib: “Xəzər dənizinin dayazlaşması məsələləri dövlətlərimizin başçılarının VI Xəzər Zirvə toplantısında hərtərəfli müzakirə mövzusuna çevrildi. Səbəblərin müəyyən edilməsi və dayazlaşmanın qarşısının alınması üzrə tədbirlərin müəyyən edilməsi üçün Prezident İlham Əliyev ekspert qrupunun yaradılması təşəbbüsü ilə çıxış edib”. Marqarita pizza

İşçi qrupun ilk iclasını Bakıda təşkil etməyə imkan verəcək bütün zəruri razılaşmaların tezliklə başa çatacağına ümid ifadə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!