Baş Nazirdən icbari sığorta ilə bağlı - QƏRAR

saytların hazırlanması

Evə çatdırılma

Baş Nazirdən icbari sığorta ilə bağlı - QƏRAR

Sosial

27 Dekabr 2019 15:01 1275


“İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı” təsdiqlənib.

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

İcbari tibbi sığortaya Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında yanvar-mart aylarında başlanacaq. Pepperoni pizza

Gəncə və Naftalan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər və Kəlbəcər rayonlarında aprel-iyun aylarında start veriləcək.

Şirvan şəhərində, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonlarında iyul – sentyabr aylarında icbari tibbi sığorta tətbiq ediləcək.

Bakı, Sumqayıt, Xankəndi şəhərlərində, Abşeron, Qubadlı, Zəngilan və Şuşa, rayonlarında oktyabr-dekabr aylarında tətbiq olunacaq.

Qeyd edək ki, qərar 2020-ci ilin yanvarın 1-dən etibarən qüvvəyə minəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!