Baş nazirdən karantin rejiminin müddəti ilə bağlı VACİB QƏRAR

saytların hazırlanması

Evə çatdırılma

Baş nazirdən karantin rejiminin müddəti ilə bağlı VACİB QƏRAR

Siyasət

19 İyun 2020 17:04 2551


Baş Nazir Əli Əsədov Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb.

Yenisabah.az xəbər verir ki, qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 avqust saat 00:00-dək uzadılıb.

Qərarla “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 may tarixli 178 nömrəli Qərarının 1-ci hissəsində “15 iyul” sözləri “1 avqust” sözləri ilə əvəz edilib. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!