Baş nazirdən koronavirusla bağlı bədbin proqnoz

saytların hazırlanması

Evə çatdırılma

Baş nazirdən koronavirusla bağlı bədbin proqnoz

Dünya

15 Oktyabr 2020 14:17 1158


“Gürcüstanda yeni növ koronavirus (COVID-19) infeksiyasına sutkalıq yoluxma sayı 1000-i ötəcək”.

Yenisabah.az-ın yerli bürosunun xəbərinə görə, bunu Gürcüstanın Baş Naziri Giorgi Qaxaria hökumətin iclasında deyib.

Onun sözlərinə görə, infeksiyanın yayılmasının qarşısını almaq məqsədi ilə sabahdan Tbilisi və İmereti regionlarında əyləncə mərkəzlərinin saat 22:00-dək fəaliyyət göstərməsinə icazə veriləcək. pizza sifarişi

Baş Nazir özəl və ictimai təşkilatları distant şəkildə işləməyə üstünlük verməyə çağırıb.

Qeyd edək ki, Gürcüstanda son sutkada yoluxma sayı rekord səviyyədə artaraq 919 nəfərə çatıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!