Baş nazirdən magistratura ilə bağlı qərar: yeni ixtisaslar yaradıldı

saytların hazırlanması

Evə çatdırılma

Baş nazirdən magistratura ilə bağlı qərar: yeni ixtisaslar yaradıldı

Sosial

01 Fevral 2020 04:14 1033


Nazirlər Kabineti Baş nazir Əli Əsədovun 2020-ci il 30 yanvar tarixli 26 nömrəli qərarını şərh edib.

Həmin qərar “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı” ilə bağlıdır.  

“Yeni Sabah” xəbər verir ki, şərhdə bildirilir ki, qərarla təsnifata ölkə iqtisadiyyatı üçün önəmli əhəmiyyət kəsb edən sahələr üzrə bir sıra ixtisasların daxil edilməsi nəzərdə tutulur. Sezar pizza

Nazirlər Kabineti həmin ixtisasların adlarını da açıqlayıb: “Dövlət informasiya sistemlərinin təhlükəsizliyi”, “Rəqəmsal hökumət”, “Neft-qaz çıxarmada nanotexnologiya”, “Süni intellekt”, “Məsafədən müşahidə”, “Dərman preparatlarının keyfiyyətinin təminatı”.

Bu ixtisaslar üzrə yetişdirilən mütəxəssislər iqtisadiyyatda yaranan kadr tələbatını təmin edəcək.

Bu isə yeni yaranan sahələr və iqtisadiyyatın müasirləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!