Nazirlər Kabineti Azərbaycan Respublikasının "Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nda dəyişiklik edib.
"Yeni Sabah" xəbər verir ki, Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, beynəlxalq təcrübədə olduğu kimi magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsini nəzərdə tutur.
Qeyd edək ki, hazırda imtahanlar iki mərhələdə aparılır: pizza mizza
I mərhələ - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi;
II mərhələ - ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi.
Telegram kanalımız