Baş nazirə Məkkədə sui-qəsd cəhdi

saytların hazırlanması

Evə çatdırılma

Baş nazirə Məkkədə sui-qəsd cəhdi

Dünya

02 Aprel 2021 16:26 802


Səudiyyə təhlükəsizlik qüvvələri Məkkə şəhərindəki müqəddəs Məscidül-Haramda bıçaqla silahlanmış və terrorçu şüarlar səsləndirən bir şəxsi həbs ediblər.

Yenisabah.az “Təsnim”-ə istinadla xəbər verir ki, həmin vaxt İraq Baş naziri Mustafa əl-Kazimi ziyarətgahda olub. Rəsmi mənbələr bədəməlin əl-Kazimiyə hücum etməyə çalışdığını bildirib.

Səudiyyə mediası həbs olunan şəxsin İŞİD-çi olduğunu iddia edib. İraq Baş naziri Səudiyyə Ərəbistanı səlahiyyətliləri ilə görüşmək üçün bu ölkəyə səfər edib və səfər çərçivəsində Məkkə ziyarətətini gerçəkləşdirib. Dördpendirli pizza

Məkkə polisi təcavüzkarın müvafiq orqanlara təhvil verildiyini bildirən açıqlama yayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!