Baş nazirin əleyhdarları küçəyə tökülüşdülər   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Baş nazirin əleyhdarları küçəyə tökülüşdülər - Foto

Dünya

20 Aprel 2020 16:18 684


Korrupsiyada ittiham olunan İsrailin baş naziri Benjamin Netanyahuya qarşı qəzəbi koronavirus belə əngəlləyə bilməyib. Baş nazirin əleyhdarı olan minlərlə insan Tel-Əvivdəki küçələrə axın edib. 

Yenisabah.az xəbər verir ki, onlar Netanyahu əleyhinə şüarlar səsləndiriblər. Əllərində qara bayraqlar olan etirazçılar "sosial məsafə" qaydasına da əməl ediblər. Aralarında 2 metr məsafə buraxaraq hərəkət edən aktivistlər koronavirus tədbirləri çərçivəsində mobil telefonların izlənilməsinə etiraz edərək Netanyahunun şəxsi hüquqları pozduğunu bildiriblər. 

Bildirək ki, aksiyaya müxalifət partiyalarından olan "Yeş Atid-Telem" partiyasının sədri Tair Lapid də iştirak edib. O, "Mavi-Ağ" partiyanın lideri Benni Qantzı da Netanyahuya dəstəkdə günahlandırıb: "Onlar hökumətə girmək üçün mübarizə aparırlar. Özlərinə nağıl danışırlar. "İçəridə vuruşacağıq" deyirlər. İçəridə vuruşmayacaqsınız, əliəyriliklə belə mübarizə aparılmır. Əgər içindəsinizsə, problemin bir hissəsinin".  Marqarita pizza

Qeyd edək ki, Netanyahunun ilk məhkəməsi martın 17-i Qüdsdə keçirilməliydi. Lakin pandemiya əlaqədar təxirə salındı. Məhkəmənin mayın 24-ü keçirilməsi gözlənilir. 

Sayad Həsənli

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!