Baş nazirin hansı müavini Bakıda 20 mərtəbəli bina tikdirib? - Foto

saytların hazırlanması

Evə çatdırılma

Baş nazirin hansı müavini Bakıda 20 mərtəbəli bina tikdirib? - Foto

Sosial

23 Fevral 2020 12:42 818


Baş nazirin keçmiş müavini, yazıçı Elçin Əfəndiyev 2011-ci ildə təsis edilmiş, 2015-ci ilin aprelində yeni adla qeydiyyatdan keçmiş "Tərəqqi-ARNK" MMC-nin təsisçisi və qanuni təmsilçisidir. "Yeni Sabah" xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb. Onun sözlərinə görə, şirkət əvvəllər "Tərəqqi-NK" Mənzil-Tikinti Koorperativi adı altında fəaliyyət göstərib, hökumət sifarişi üçün təsis edilib və Elmlər Akademiyası metrosu yaxınlığında, H.Zərdabi küşəsi 74-də Nazirlər Kabinetinin işçiləri üçün 20 mərtəbəli bina inşa edib. "Tərəqqi-ARNK" MMC Nizami rayonu, Şirin Mirzəyev küçəsi ev 79, mənzil 24-də hüquqi qeydiyyatdadır. Həmin ünvanda daha bir şirkət - "Tahirov Group" MMC də qeydiyyatdadır. https://cdn.yenisabah.az/files/1582441794_87060643_186040342654693_8816.jpg
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!