Livanın evli Baş naziri Saad Haririnin sevgilisinin hesabına 16 milyon dollar köçürdüyü üzə çıxıb.
"Yeni Sabah" xarici mətbuata istinadən xəbər verir ki, üç uşaq atası olan baş nazir 20 yaşlı Cənubi afrikalı model Kendis van der Merve ilə eşq yaşayıb.
Vergi müfəttişləri modelin hesabına köçürülən külli miqdarda pullardan şübhələnərək hesabı izləməyə başlayıblar. Marqarita pizza
Araşdırmalar zamanı məlum olub ki, Saad Hariri 2013-cü ildən başlayaraq gizli eşq yaşadığı modelin hesabına müxtəlif vaxtlarda yüksək məbləğdə pullar köçürüb.
Qeyd edək ki, 2018-ci ildə baş nazirin şəxsi hesabında 1,36 milyard dollar olub. Bu sərvət ona 2005-ci ildə vəfat edən atası Refik Hararidən qalıb.



Telegram kanalımız