Baş nazir SƏRƏNCAM  imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Baş nazir SƏRƏNCAM  imzaladı

Sosial

08 Aprel 2026 11:01 5459


Cinayət mühakimə icraatı zamanı prosessual sənədlərin elektron formada tərtib edilməsi, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi qaydasının layihəsi hazırlanacaq.

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Sərəncam imzalayıb.

Qərara əsasən, Ədliyyə Nazirliyi Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Ali Məhkəmə, Baş Prokurorluq və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla cinayət mühakimə icraatı zamanı prosessual sənədlərin elektron formada tərtib edilməsi, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi qaydasının layihəsini hazırlayıb iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidirlər. Sezar pizza

Bu Sərəncam aprelin 7-dən qüvvəyə minib.

Qeyd edək ki, Cinayət-Prosessual Məcəlləyə əsasən, cinayət mühakimə icraatı zamanı prosessual sənədlərin elektron formada tərtib edilməsi, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!