Baş Polis İdarəsi aksiya bərədə məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Baş Polis İdarəsi aksiya bərədə məlumat yaydı

Kriminal

09 Sentyabr 2020 16:34 1053


Bakı şəhər Baş Polis İdarəsi bu gün Bakıda keçirilən aksiya ilə bağlı məlumat yayıb. 

Yenisabah.az həmin məlumatı təqdim edir:

“Sentyabrın 9-da saat 15 radələrində 20-25 nəfər “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, Səbail rayonundakı İstiqlaliyyət küçəsində şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan toplaşıb küçə yürüşü keçirməyə cəhd edib. Marqarita pizza

Ərazidə xidmətdə olan polis əməkdaşları tərəfindən qanunsuz küçə yürüşünə cəhdin qarşısı alınıb, iştirakçılar ərazidən uzaqlaşdırılıblar.

Saxlanılan və ya həbs edilən olmayıb”.

Qeyd edək ki, aksiya iştirakçıları Müsavat partiyasının sabiq sədr müavini Tofiq Yaqublunun azadlığa buraxılmasını tələb ediblər. T.Yaqublu məhkəmənin hökmü ilə 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!