Baş prokuror Kamran Əliyev saxlanılan şəxslərə işgəncə verilməsi barədə iddialara münasibət bildirib.
Yenisabah.az xəbər verir ki, bu barədə o, Elmi Məsləhət Şurasının iclasında danışıb.
K. Əliyev bildirib ki, işgəncə faktları ilə bağlı əsasən təqsirləndirilən şəxslər məhkəmə istintaqı zamanı ifadə verir. Dördpendirli pizza
"Adətən, narkotik işlərində saxlanılan şəxslər saxlanıldığı və istintaq dövründə işgəncələr aldığı ilə bağlı ifadələr verir. Bu məsələlərdə prokurorluq orqanları çox diqqətli olmalıdır. Çünki bəzən təqsirləndirilən şəxslər məsuliyyətdən özünü kənarda saxlamaq niyyəti ilə bu yola əl atır. Bu məsələlər çox ciddi şəkildə araşdırmalıdır", - deyə Baş prokuror qeyd edib.
Telegram kanalımız