Ermənistanın baş prokuroru Artur Davtyan ölüm hökmünün bərpası təşəbbüsü ilə çıxış edib.
Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, o, Konstitusiya İslahatları Şurasının sədri, Ermənistan Respublikasının ədliyyə naziri Karen Andreasyana bununla bağlı yazılı müraciət göndərib.
Baş prokuror dövlətin təhlükəsizliyinə və dövlətin həyatının əsaslarına qarşı ağır cinayət - dövlətə xəyanət hallarında ölüm hökmünün tətbiqinə imkan verən konstitusiya hüquqi tənzimləmələrinin yaradılması məsələsinə baxılmasını tövsiyə edib. Pepperoni pizza
“44 günlük müharibəsi zamanı və ondan sonra açıq-aşkar dövlətə xəyanət halları üzrə başlanmış cinayət işinin materiallarının tədqiqi göstərir ki, dövlətə xəyanətin təzahürləri ağır cinayətdir", - deyə Artur Davtyan qeyd edib.
Baş prokuror bildirib: "Sosial ədalətin və təhlükəsizliyin aktual problemləri belə əməlləri törədənlərə qarşı ölüm hökmünə qədər ən sərt cəzanın tətbiqini zəruri edir".
Telegram kanalımız