Baş prokuror kassasiya şikayətində Baş nazir Nikol Paşinyanın 1 mart işi üzrə hökmünün ləğvini və ona bəraət verilməsini tələb edir.
Yenisabah.az “Azatutyun”a istinadla xəbər verir ki, Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 11 ildən artıq Ermənistana qarşı şikayəti araşdıraraq bu yaxınlarda qərar çıxarıb. Qərara əsasən, 2008-ci ildəki seçkidən sonrakı qanlı hadisələr zamanı Ermənistan hökuməti o vaxtkı müxalifətçi Nikol Paşinyanın azadlıq, şəxsi toxunulmazlıq, eləcə də digər hüquqlarını pozub.
Baş prokurorun müşaviri Qor Abramyan bildirib ki, məhz bu qərar apellyasiya şikayəti üçün əsas olub: Dördpendirli pizza
“Belə hallarda müvafiq məhkəmə aktlarına yenidən baxılması tələbi məcburidir. Baş prokuror yeni halla bağlı Kassasiya Məhkəməsinə şikayət verib, bunun vəzifə ilə heç bir əlaqəsi yoxdur.
Bir daha deyirəm, bu, qanunun tələbidir, imperativ tələbdir, AİHM-in konkret qərarı var, belə hallarda belə bir hüquqi prosesin başlanması birmənalı tələbdir ki, bu da Prokurorluq tərəfindən həyata keçirilib”.
Xatırladaq ki, İrəvanın Ümumi Yurisdiksiya Məhkəməsi hakim Mnatsakan Martirosyanın sədrliyi ilə Nikol Paşinyanı 2010-cu ildə kütləvi iğtişaşların təşkilində təqsirli bilib və onu 7 il müddətinə azadlıqdan məhrum edilib. O, dövlət məmuruna qarşı zorakılıqda ittiham olunsa da, bu epizodda bəraət qazanıb.
Nikol Paşinyan bir ildən çox həbsdə qalandan sonra amnistiya ilə azadlığa çıxıb.
2018-ci ildəki iğtişaşlardan sonra isə o, Serj Sarkisyanı devirərək hakimiyyətə gəlib.
Telegram kanalımız