Baş prokuror sabiq məmurların əmlakının qaytarılmasından danışdı 

saytların hazırlanması

Evə çatdırılma

Baş prokuror sabiq məmurların əmlakının qaytarılmasından danışdı 

Maraqlı

01 Mart 2023 13:04 746


Baş prokuror Kamran Əliyev yüksəkvəzifəli şəxslərin müsadirə olunmuş əmlaklarının geri qaytarılmasına münasibət bildirib. 

Yenisabah.az-ın məlumatına görə, o, bu barədə “Real TV”yə müsahibəsində danışıb. 

Kamran Əliyevə ünvanlanan sual zamanı konkret ad çəkilməsə də, Baş prokuror qətiyyətli danışıb. O bildirib ki, bütün bu məsələlər Prokurorluq tərəfindən diqqətlə öyrənilir.  Dominos pizza

K.Əliyevin sözlərinə görə, bununla bağlı zəruri tədbirlərin görülməsi, yəni, Prokurorluq tərəfindən protestlərin verilməsi nəzərdən keçirilir. 

Qeyd edək ki, bəzi sabiq məmurların cinayət işi ilə bağlı müsadirə olunmuş əmlaklarının geri qaytarılması cəmiyyətdə müzakirələrə səbəb olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!