Baş Prokurorluğun əməkdaşları təhqiqat üçün Qroznıya yollandı

saytların hazırlanması

Evə çatdırılma

Baş Prokurorluğun əməkdaşları təhqiqat üçün Qroznıya yollandı

Hadisə

27 Dekabr 2024 15:37 503


Azərbaycan Baş Prokurorluğunun əməkdaşları “Azərbaycan Arilines” (AZAL) təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılması çərçivəsində Qroznıya ezam olunub və rusiyalı həmkarları ilə birgə araşdırma aparırlar.

Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib:

“Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı başlanmış cinayət işi üzrə təyyarə qəzasının obyektiv səbəblərinin müəyyən edilməsi məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Baş Prokurorluğun bir qrup əməkdaşı Qroznı şəhərinə ezam olunub və Rusiya Federasiyası Baş Prokurorluğundan olan həmkarları ilə birlikdə təyyarənin qəzaya uğrama səbəblərinin araşdırılması çərçivəsində istintaq və digər prosessual hərəkətləri həyata keçirirlər”. Sezar pizza

Baş prokurorun müavini Elmar Camalovun rəhbərliyi ilə dekabrın 25-də Aktauya ezam olunmuş prokurorların daha bir qrupu qazaxıstanlı həmkarları ilə birgə qəza yerində işlərini davam etdirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!