Baş Prokurorluq bəraət alan şəxslə bağlı apellyasiya protesti verdi

saytların hazırlanması

Evə çatdırılma

Baş Prokurorluq bəraət alan şəxslə bağlı apellyasiya protesti verdi

Kriminal

15 Fevral 2022 17:13 897


Baş Prokurorluq bəraət alan şəxslə bağlı apellyasiya protesti verib.

Bu barədə "Yeni Sabah"ın sorğusuna cavab olaraq qurumun Mətbuat Xidmətindən bildirilib.

Belə ki, Bərdə Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) mаddəsi ilə təqsirləndirilən Bərdə rayon sakininə bəraət verilib. pizza hut

Qeyd olunan hökmün işin faktiki hallarına uyğun olmaması əsası ilə həmin şəxsin Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılması məqsədilə fevralın 15-də Baş Prokurorluq tərəfindən Gəncə Apellyasiya Məhkəməsinə protest verilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!